525.Az

"Qanunu pozmağa çalışan suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq"


 

"Qanunu pozmağa çalışan suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq"<b style="color:red"></b>

Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin sabiq baş naziri, İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq.

B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatan kimi onlar İstanbulu tərk edəcək.

Qeyd edək ki, statistik məlumatlara əsasən, Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb.

 





26.03.2019    çap et  çap et