525.Az

“Gənclər üçün elektron idarəetmə üzrə təlimlərin təşkili” layihəsi uğurla bitdi


 

“Gənclər üçün elektron idarəetmə üzrə təlimlərin təşkili” layihəsi uğurla bitdi<b style="color:red"></b>

“Gənc Mühasiblər”  İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Gənclər üçün elektron idarəetmə üzrə təlimlərin təşkili” layihəsi sona çatıb.

Layihənin əsas məqsədi “Elekron İdarəetmə üzrə Təlimlərin Təşkili” mövzusunda  maarifləndirici təlimlərin təşkil edilməsi ilə yanaşı, təlimlər əsasında kadr hazırlığı məqsədilə təlimçilər yetişdirilməsindən ibarət idi.

Layihə çərçivəsində  Respublikanın 3 regionunda, o cümlədən Gəncə, Lənkəran və  Qəbələ şəhərlərində İKT mərkəzləri yaradılmış, layihəyə cəlb edilmiş gənclər üçün təlimlər keçirilib. 4 ay davam edən layihəyə ümumilikdə 60 nəfər gənc cəlb edilib. Təlimləri bitirmiş gənclər növbəti mərhələdə İKT mərkəzlərində təcrübə keçiblər.
 
Layihəni uğurla bitirən gənclərə sertifikatlar təqdim edilib.

 





19.09.2013    çap et  çap et