525.Az

"Gülər Əhmədovaya havadar çıxan məmurlara xəbərdarlıq edirəm ki..."


 

"Gülər Əhmədovaya havadar çıxan məmurlara xəbərdarlıq edirəm ki..."<b style="color:red"></b>

YAP İdarə Heyətinin üzvü Kərim Kərimov bu partiyanın üzvü, keçmiş deputat Gülər Əhmədova ilə bağlı məlum qalmaqala münasibət bildirib. O, keçmiş deputatın ABU rektoru Elşad Abdullayevlə mandat bazarlığını əks etdirən video yayılan kimi meydana çıxıb Gülər Əhmədovanı “dələduz” adlandıran YAP icra katibi Əli Əhmədovu müdafiə edib.

K.Kərimov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Ə.Əhmədov haqqında G.Əhmədovanın danışmağa “mənəvi haqqı çatmır”. Hərçənd, G.Əhmədovanın məhz bu olaylardan sonra Ə.Əhmədov haqqında hər hansı aşkar və rəsmi münasibəti mediaya bəlli deyil.

Ən maraqlısı isə K.Kərimovun ad çəkmədən məmurları hədələməsidir. “Eyni zamanda Gülər Əhmədovaya havadar çıxan məmurlara xəbərdarlıq edirəm ki, belə hərəkət etməsinlər, onu himayə etməkdən çəkinsinlər. Çünki bu, ayıbdır”.

 





10.10.2012    çap et  çap et