525.Az

"Barselona"nın futbolçusu dağda məşq edir


 

"Barselona"nın futbolçusu dağda məşq edir<b style="color:red"></b>

Bu ilin aprel ayında qara ciyəri dəyişdirilən "Barselona"nın futbolçusu Erik Abidal fərdi məşqlərə başlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı fransalı oyunçu dağlarda məşq edir. Bu proses Kataloniya klubunun fizioterapevti Emil Rikartın rəhbərliyi altında keçirilir.

Məşqlər aerobikanı, topla çalışmaları və dağ gəzintisini əhatə edir. Bildirilir ki, Erib Abidal yaşıl meydanlara dekabrdan tez qayıda bilməyəcək.

Qeyd edək ki, bir müddət əvvəl Abidalın futbolçu karyerasını başa vurduğu haqda xəbərlər yayılsa da, sonradan bu məlumat təkzib olunmuşdu.

 





10.10.2012    çap et  çap et