525.Az

Təhsil Nazirliyi zorakılığa məruz qalan şagirdlər üçün “Qaynar xətt” yaradır


 

Təhsil Nazirliyi zorakılığa məruz qalan şagirdlər üçün “Qaynar xətt” yaradır<b style="color:red"></b>

Təhsil Nazirliyi tərəfindən zorakılığa məruz qalan şagirdlər üçün “Qaynar xətt” yaradılır.

ONA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, nazirlik tərəfindən bu sahədə bəzi yeniliklərin edilməsi planlaşdırılır, o cümlədən, məktəbdə  şagirdlər arasında münasibətlərin tənzimlənməsi, sağlam mühitin yaradılması istiqamətində ictimai müzakirələr və məsələyə diqqətin cəlb edilməsi çox vacibdir:

"Məktəbdə bu və ya digər zorakılığa məruz qalmış şagird və ya valideyn tərəfindən birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı təşkil edilən “Qaynar xətt”lərə müraciət etmək imkanı yaradılacaq".

 





12.04.2019    çap et  çap et