525.Az

İslam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsi


 

İslam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsi<b style="color:red"></b>

Azərbaycanda İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII Beynəlxalq müsabiqəsi keçirilib.

Bakı Musiqi Akademiyasında (BMA) keçirilən müsabiqəyə Azərbaycan, İran, Tacikistan, Özbəkistan, Qazaxıstan, Misir,Türkiyə, Rusiya Federasiyası (Başqırdıstan Respublikası), Mərakeş krallığı qatılıb. Tədbirdə çıxış edən BMA-nın prorektoru Yeganə Axundova keçirilən festivalın coğrafiyasının ildən-ilə genişləndiyini bildirib, vurğulayıb ki, müsabiqə təkcə gənclərin istedadını nümayiş etdirmək cəhətdən deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətlidir.

Sonra İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII Beynəlxalq müsabiqəsi qaliblərinin adları açıqlanıb. Beynəlxalq müsabiqəyə Bakı Xoreoqrafiya Akademiyası kollecinin instrumental ifaçılıq fortepiano ixtisası üzrə təhsil alan II kurs tələbəsi Əli Babazadə də qatılaraq ikinci yerə layiq görülüb. I yer İran, III yerin qalibi isə Mərakeş təmsilçisi olub.

ŞAHANƏ

 





13.04.2019    çap et  çap et