525.Az

“Ruzigar” ləqəbli reper həbs edildi


 

“Ruzigar” ləqəbli reper həbs edildi <b style="color:red"></b>

Sosial şəbəkələrdə “Ruzigar” ləqəbli reper kimi tanınan Sumqayıt şəhər sakini Aydın Hüseynov ötən gün Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, A.Hüseynov  İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə ittiham edilir.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə A. Hüseynov 30 sutka müddətində inzibati qaydada həbs edilib.

Xatırladaq ki, aprelin 3-də “Kazbekə şey basım” meyxanasını oxumaqla gündəmə gələn “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.

 





14.04.2019    çap et  çap et