525.Az

Azad Rəhimov: “Azərbaycan Qran-prisinin keçirilməsinə 99 faiz hazırıq”


 

Azad Rəhimov: “Azərbaycan Qran-prisinin keçirilməsinə 99 faiz hazırıq”<b style="color:red"></b>

"Formula-1" Azərbaycan Qran-prisi üçün bilet satışları davam edir. Ən çox bilet Rusiya, İngiltərə, Monako, Niderland və Türkiyədən alınıb".

ONA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, yarışla bağlı hər şey plan üzrə gedir: "Demək olar ki, "Formula-1" Azərbaycan Qran-prisinin keçirilməsinə 99 faiz hazırıq. Heç bir problem və ləngimə yoxdur".

Qeyd edək ki, "Formula-1" bu il aprelin 26-28-də keçiriləcək.

 





15.04.2019    çap et  çap et