525.Az

Ağcabədidə gəlin toyun ertəsi günü özünü öldürdü


 

Ağcabədidə gəlin toyun ertəsi günü özünü öldürdü<b style="color:red"></b>

Azərbaycanın Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Qiyamadınlı kəndində qeydə alınıb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnarə Pərvaz qızı Hüseynova özünü asaraq intihar edib.

Məlumata görə, G. Hüseynovanın dünən toyu olub. O, ötən gün gəlin gəldiyi evdə özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 





10.10.2012    çap et  çap et