525.Az

Qasim Süleymaninin rəsmi "İnstagram" səhifəsi bağlandı


 

Qasim Süleymaninin rəsmi "İnstagram" səhifəsi bağlandı <b style="color:red"></b>

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadasının komandiri Qasim Süleymaninin rəsmi "İnstagram" səhifəsi bağlanıb.

ONA-nın Tehran bürosunun məlumaıtna görə, hesab bu gün bağlanıb, lakin İran KİV-i general Qasim Süleymaninin adına yeni instaqram səhifəsinin açıldığını qeyd ediblər.

İnstaqram hesabının bağlanma səbəbi bilinməsə də, bəzi mətbuat orqanları buna SEPAH-ın adının ABŞ tərəfindən  “beynəlxalq terror təşkilatı” siyahısına daxil edilməsinin  səbəb olduğunu yazıb.

Qeyd edək ki,  Q.Süleymaninin  bağlanmış hesabını 1 milyondan çox insan izləyirdi.  

Xatırladaq ki, bundan öncə də  Q.Süleymaninin səhifəsi 5 dəfə bağlanıb və yeni hesablar açılıb.

 





16.04.2019    çap et  çap et