525.Az

16 mərtəbəli binada baş vermiş yanğın söndürüldü - Yenilənib


 

16 mərtəbəli binada baş vermiş yanğın söndürüldü - <b style="color:red">Yenilənib </b>

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında baş vermiş yanğın söndürülüb. Sakinlər binaya buraxılsa da, bu gecəni qaranlıqda keçirməli olacaqlar.

ONA-nın ərazidə olan müxbirinin verdiyi xəbərə görə, sakinlər və yanğınsöndürənlər arasında zəhərlənmə ehtimalı ilə əlaqədar hadisə yerinə əlavə 3 təcili tibbi yardım briqadası cəlb edilib.

Ancaq bununla belə, zəhərlənənlər və ya xəsarət alanlar barədə bir məlumat daxil olmayıb.

Sakinlərin bildirdiyinə görə, binada qaz xətti olmadığından əsasən elektrik enerjisindən istifadə edilirmiş ki, bu da xətlərdə yüklənməyə səbəb olub. Nəticədə elektrik xətləri yanmağa başlayıb.

Qeyd edək ki, yanğının baş verdiyi yaşayış binasında Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri məskunlaşıb.

*** 16.04.19, 22:45

Bakının Yasamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

ONA-nın xəbərinə görə, hadisə Şərifzadə küçəsindəki 16 mərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Bildirilir ki, yanğın binanın elektrik şaxtasında meydana gəlib və binanın aşağı mərtəbələrindən başlayaraq yuxarıya doğru genişlənib. Təhlükəsizlik məqsədilə binada elektrik xətləri şəbəkədən ayırılıb, sakinlər təxliyyə olunub.

Ərazidə hazırda Fövqəladə Hallar Nazirliyinin azı dörd yanğınsöndürən maşınları və canlı qüvvəsi işləyir.

 





17.04.2019    çap et  çap et