525.Az

Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində olub


 

Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində olub<b style="color:red"></b>

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində inşa olunan körpüyə baxış keçirib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, DSX rəisi tikinti işlərinin gedişi, həmçinin bir neçə gün əvvəl “Samur” gömrük postunda yük maşınlarının sərhədi keçəsində yaranan və aradan qaldırılan sıxlıqla maraqlanıb. E.Quliyev qeyd olunan məsələlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Xatırladaq ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünün yerində tikilir. Uzunluğu 325,3 metr, eni 17,3 metr təşkil edəcək körpü üç hərəkət zolağından ibarət olacaq.

 





17.04.2019    çap et  çap et