525.Az

İranın XİN başçısı: "Ərdoğana Bəşşar Əsədlə bağlı dosye təqdim edəcəyəm"


 

İranın XİN başçısı: "Ərdoğana Bəşşar Əsədlə bağlı dosye təqdim edəcəyəm"<b style="color:red"></b>

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Bəşşar Əsədlə bağlı dosye təqdim edəcəyəm”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Anakarda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında bildirib.

O, son 30 gündə Türkiyəyə ikinci dəfə səfər etdiyindən şad olduğunu vurğulayıb: “Son 3 ildə aparılan Astana danışıqları çərçivəsində əldə olunan razılıqlar əsasında Suriyada böyük miqyasda sabitliyə nail ola bilmişik. Ötən 2 gün Suriyada səfərdə olmuşam. Orada bəzi rəsmilələ görüşdüm. Bununla əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məruzə təqidim edəcəyəm. Ümid edirəm ki, iki ölkə birlikdə bu bölgədə daha gözəl əlaqələr qura bilərik. Suriyada Bəşşar Əsədlə uzun-uzadı danışdıq. Bu danışıqla bağlı cənab Ərdoğanı məlumatlandıracam”.

Qeyd edək ki, aprelin 17-də İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin Türkiyəyə səfəri başlayıb. Bu gün Rəcəb Tayyib ərdoğan onu qəbul edəcək.

 





17.04.2019    çap et  çap et