525.Az

İlbər Ortaylı AYB-nin fəxri üzvü seçildi


 

İlbər Ortaylı AYB-nin fəxri üzvü seçildi <b style="color:red"></b>

Türkiyəli tarixçi, professor İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvlük vəsiqəsi təqdim edilib.

ONA birliyin saytına istinadən məlumat verir ki, vəsiqəni görkəmli tarixçiyə AYB sədri Anar təqdim edib.
 
İlbər Ortaylı AYB-ni ziyarət edib. Xalq yazıçısı Anarla görüşən tarixçi ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb.

Anar professor İlbər Ortaylının Azərbaycana səfərinin təşkil edilməsindən məmnunluq hissi keçirdiyini ifadə edib və qonaqlara Yazıçılar Birliyinin tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə türkiyəli qonaqlarla yanaşı, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoral, TUİB başqanı Hüseyin Büyükfırat da iştirkak edib.

 





17.04.2019    çap et  çap et