525.Az

Əkrəm İmamoğlu rəsmən İstanbulun meri oldu - Foto


 

Əkrəm İmamoğlu rəsmən İstanbulun meri oldu - <b style="color:red">Foto </b>

Bu gün İstanbulun Maltəpə rayonunda səslərin yenidən sayılmasının başa çatmasından sonra bələdiyyə seçkilərinin yekun protokolu yerli seçki komissiyasına təhvil verilib.

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Hakim AKP-nin və müttəfiqi MHP-nin İstanbul üzrə seçki nəticələrinin ləğv edilməsi barədə Ali Seçki Qurumuna verdikləri şikayətlərə baxmayaraq,  seçkilərin qalibi olan CHP-li Əkrəm İmamoğlu bələdiyyə başqanı  mandatını almaq üzrədir.

Türkiyə KİV-lərinin xəbərlərinə görə, CHP-nin İstanbul təşkilatına seçki komissiyasından Əkrəm İmamoğlunun mandatını alması üçün dəvət gəlib. CHP-nin İstanbul təşkilatının rəhbəri Canan Kaftançıoğlu bir qrup tərəfdaşı ilə birlikdə İstanbul seçki komissiyasına gedib. O, yerli vaxtla saat 16.00-da İmamoğlunun mandatının veriləcəyini bildirib. 

Qeyd edək ki, Türkiyədə 31 martda bələdiyyə seçkiləri keçirilib. İstanbulda seçkilərin nəticələrindən narazı qalan hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin yenidən sayılması üçün Ali Seçki Qurumuna müraciət etmişdi.

 





17.04.2019    çap et  çap et