525.Az

Rusiya və Yaponiya xarici işlər nazirləri sülh müqaviləsi üzrə danışıqlar aparacaq


 

Rusiya və Yaponiya xarici işlər nazirləri sülh müqaviləsi üzrə danışıqlar aparacaq<b style="color:red"></b>

Mayın 11-12-də Moskvada Yaponiyanın xarici işlər naziri Taro Kono və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar aparacaq.

ONA TASS-a istinadən xəbər verir ki, sülh müqaviləsinin əsas mövzusu cənubi Kuril adaları olacaq.

Bildirilir ki, həmçinin aprelin 22-də Yaponiya və Rusiya xarici işlər nazirlərinin müavinləri Takeo Mori və İqor Morqulov Tokioda sülh müqaviləsi məsələsi üzrə müşavirələrin növbəti mərhələsini keçirəcək.

 





17.04.2019    çap et  çap et