525.Az

Ermənistan ordusunun 24 yaşlı hərbçisi yaralanıb


 

Ermənistan ordusunun 24 yaşlı hərbçisi yaralanıb<b style="color:red"></b>

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi döş qəfəsinin sol nahiyəsindən güllə yarası alaraq hospitala yerləşdirilib.

“Report” xəbər verir ki, bu məlumatı “Novosti Armeniya” yayıb.

Hadisə Yerevan yaxınlığındakı hərbi hissələrdən birində baş verib. Hərbçinin intihara cəhd etdiyi ehtimal olunur.

Bildirilib ki, 24 yaşlı hərbçi Narek S. Ermənistanın Kotayk vilayətinin sakinidir. Onun uniformasının cibindən qeyd aşkarlanıb.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis nümayəndələri və Xüsusi İstintaq Komitəsinin müstəntiqləri hospitala gediblər.

Hadisənin səbəbi araşdırılır.

 





18.04.2019    çap et  çap et