525.Az

Azərbaycandan 500 nəfər Həcc ziyarətinə getmək üçün müraciət edib


 

Azərbaycandan 500 nəfər Həcc ziyarətinə getmək üçün müraciət edib<b style="color:red"></b>

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500 nəfərdən çox şəxs müraciət edib.

Bu haqda ONA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulub. Bu limit qurtaranda sənəd qəbulu da bitəcək".

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dollar təşkil edir. Zəvvarlar təyyarə ilə yola salınacaq.
 

 





18.04.2019    çap et  çap et