525.Az

“İrəli”nin Aprel zəfərinə həsr etdiyi layihə davam edir


 

“İrəli”nin Aprel zəfərinə həsr etdiyi layihə davam edir <b style="color:red"></b>

“İrəli” İctimai Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsi davam edir.

Təşkilatdan verilən məlumata görə, layihə Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılan Aprel döyüşlərinə həsr olunub.

“Gənclər Kuboku: Aprel Zəfəri” 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələn idman turniridir.

Layihə çərçivəsində futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, yüngül atletika idman növləri üzrə yarışlar keçirilir.

AFFA-nın məşq meydançasında “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin futbol idman növü üzrə 32 komanda arasında 1/16 və 1/8 final oyunları keçirilib. Qalib gələn komandalar 1/4 final mərhələsinə yüksəliblər.

Peyntboll idman növü üzrə yarışlar “Ulduz Peyntbol Mərkəzində” baş tutub. 16 komanda arasında aparılan mübarizədə 1/8, 1/4 və yarımfinal mərhələləri keçirilib, qalib komandalar final oyununa vəsiqə qazanıb.

Velosiped idmanı üzrə yarışın ilkin mərhələsi Velo Parkda baş tutub, 64 gənc arasında keçirilən mübarizə sonrası 6 iştirakçı final mərləhəsinə vəsiqə qazanıb.

Yüngül atletika üzrə yarışlar isə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının qaçış meydançasında keçirilib. 6 iştirakçı finalda iştirak hüququ qazanıb.

Voleybol yarışları Xəzər Universiteti nəzdində Dünya məktəbində keçirilir. 16 komandanın iştirakı ilə başlayan yarışmada 1/8, 1/4 final mərhələlərinin qalibləri yarımfinal mərhələsinə yüksəliblər.

“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Həmçinin, müxtəlif idman oyunları üzrə komandaların çempionatını keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq layihənin prioritet məqsədlərindəndir. 

C.ABASOV

 





18.04.2019    çap et  çap et