525.Az

İlham Əliyev: “Sosial ödənişlər artırılacaq”


 

İlham Əliyev: “Sosial ödənişlər artırılacaq”<b style="color:red"></b>

“Sosial müavinətlərin, ödənişlərin artırılması davam edəcək”.

ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında sakinlərlə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanda sosial ödənişlər artırılıb:

“Biz daha da artıracağıq. Çünki buna ehtiyac var. Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik”.

 





18.04.2019    çap et  çap et