525.Az

“Macarıstan Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir”


 

“Macarıstan Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir”<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, S. Mehdiyev Azərbaycanla Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib.

Komitə sədri qarşılıqlı əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü deyib, Azərbaycan və Macarıstan gömrük xidmətləri arasında əməkdaşlıqdan söhbət açıb.

V. Sederkenyi Azərbaycanda sürətli iqtisadi inkişaf tempindən, gömrük sistemində aparılan islahatlardan məmnun qaldığını bildirib.

Səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





18.04.2019    çap et  çap et