525.Az

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir


 

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir<b style="color:red"></b>

Sərnişinlərin istək və təkliflərini nəzərə alaraq, 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən ONA-ya verilən məlumata görə, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

QSC-dən onu da qeyd ediblər ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6017, 6020, 6022/6021, 6024, 6028 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.



 





19.04.2019    çap et  çap et