525.Az

“Kiçik Dəniz” küçəsinə Süleyman Ələsgərovun adı verildi


 

“Kiçik Dəniz” küçəsinə Süleyman Ələsgərovun adı verildi<b style="color:red"></b>

Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Kiçik Dəniz” küçəsinina adı dəyişdirilərək, bəstəkar Süleyman Ələsgərov küçəsi adlandırılıb.

Modern.az-ın məluamtına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əizov bununla bağlı sərəncam imzalayıb.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a faktı təsdiqləyib.

Bildirib ki, sərəncam professor Süleyman Əyyub oğlu Ələsgərovun adının əbədiləşdirilməsilə əlaqədar imzalanıb.

Xatırladaq ki, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşündə əməkdar artist Tahir İmanov babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsini xahiş etmişdi.

 





22.04.2019    çap et  çap et