525.Az

Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı sərgi


 

Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı sərgi <b style="color:red"></b>

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib.

1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Bu məqsədlə aprelin 23-də Milli Kitabxanada "23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günüdür" adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş dünya ədəbiyyatı nümayəndələrinin əsərləri, müəlliflik hüququ ilə bağlı kitablar və qəzet-jurnal materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





24.04.2019    çap et  çap et