525.Az

Qırğız yazıçının əsəri Lənkəran səhnəsində


 

Qırğız yazıçının əsəri Lənkəran səhnəsində <b style="color:red"></b>

Lənkəranda “Şənbə axşamı” tamaşasının premyerası olub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün Lənkəran Dövlət Dram Teatrında Qırğızstanın Xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın premyerası olub.

Səhnə əsərində hadisələr bizim günlərdə cərəyan edir. Moskvada ali məktəbdə təhsil alan oğlan doğulduğu kəndə qayıdır və ailə qurmaq istəyir. Hadisələr elə bu müstəvidə cərəyan edir. 

Anşlaqla keçən və böyük maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Səyyad Əliyev, Təranə Fərəcova ifa ediblər.

 





25.04.2019    çap et  çap et