525.Az

Bill Qeyts islam bankıyla əməkdaşlığa başladı


 

Bill Qeyts islam bankıyla əməkdaşlığa başladı<b style="color:red"></b>

Bill Qeyts İslam İnkişaf Bankı (İİB) ilə yoxsul ölkələrə yardım və xəstəliklərə qarşı mübarizə sahəsində işbirliyinə başlayacaq.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İİB-da baş tutan görüşmələrdə tərəflər arasında 5 illik əməkdaşlıq müqaviləsi imzalanıb.Bu müqaviləyə görə İslam İnkişaf Bankı ilə Bill və həyat yoldaşı Melinda Qeyts uşaq iflici və qızdırma xəstəliklərinə qarşı mübarizədə əməkdaşlıq edəcəklər.

İİB-ın prezidenti Əhməd Məhəmməd Əli əməkdaşlığın qida təhlükəsizliyi, uşaq iflici və qızdırma ilə mübarizədə önəmli bir addım olacağına inandığını söyləyib.


Bill Gates isə İslam İnkişaf Bankı ilə görüləcək işlərin uğurlu olmasına ümidvar olduğunu bildirib.

RAMİQ

 





10.10.2012    çap et  çap et