525.Az

Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi


 

Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi<b style="color:red"></b>

Almaniyanın "Lilium" startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb.

Trend-in məlumatına görə, 5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib.

Qeyd olunur ki, 1,5 ton çəkili avtomobil şaquli vəziyyətdə havaya qalxıb və bir müddət havada asılı qalıb. Avtomobil məsafədən idarə olunub.

Növbəti sınaqlarda taksinin bir neçə manevr edəcəyi və üfüqi uçuş həyata keçirəcəyi gözlənilir.

2025-ci ildən başlayaraq Almaniyanın azı 2 şəhərində uçan elektrik taksilərin kommersiya fəaliyyəti nəzərdə tutulur. Bu taksilər bir saat müddətində uçuş keçirmək qabiliyyətindədir və maksimal sürətləri saatda 300 kilometrədək çatacaq.

 





17.05.2019    çap et  çap et