525.Az

Gürcüstan noyabrda AŞ Nazirlər Komitəsinə sədrliyi Fransadan təhvil alacaq


 

Gürcüstan noyabrda AŞ Nazirlər Komitəsinə sədrliyi Fransadan təhvil alacaq<b style="color:red"></b>

Gürcüstan gələn ilin yazında Avropa Şurası Xarici İşlər nazirlərinin görüşünə ev sahibliyi edəcək.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə  ölkənin XİN başçısı David Zalkaliani məlumat verib.

O bildirib ki, Gürcüstan artıq AŞ NK-nın sədrliyinə hazırdır və indidən bir sıra prioritetlər müəyyənləşdirib.

"Noyabrda Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Fransadan təhvil alacaq. Bu böyük məsuliyyətdir. Biz artıq buna hazırıq və prioritetlərimizi müəyyənləşdirmişik".- deyə Zalkaliani vurğulayıb.

 





18.05.2019    çap et  çap et