525.Az

“Yeni Hərbi Sistem” gələn həftə TBMM-ə təqdim ediləcək


 

“Yeni Hərbi Sistem” gələn həftə TBMM-ə təqdim ediləcək<b style="color:red"></b>

Türkiyənin Müdafiə naziri Hulusi Akar tərəfindən təklif edilən “Yeni Hərbi Sistem” gələn həftə müzakirə üçün TBMM-ə təqdim ediləcək.

ONA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Ərdoğan Mayın 21-də AK Partiyanın toplantısında “Yeni Hərbi Sistem”lə əlaqədar fikirlərini sərgiləyəcək.

Ərdoğan sözügedən layihə ilə çərşənbə günü tanış olub. Yeni hərbi tənzimləməyə əsasən, Türkiyədə 5 növ hərbi xidmət təşkil ediləcək.

Qeyd edək ki, 63 maddədən ibarət olan “Yeni Hərbi Sistem”lə əlaqədar 6 qanuna dəyişiklik edilməlidir. Parlament tərəfindən təsdiqlənəcəyi halda yeni qanunun 2020-ci il yanvarın 1-i tarixində qüvvəyə minəcəyi bildirilir.

 





18.05.2019    çap et  çap et