525.Az

"İran raketləri ABŞ gəmilərini məhv edə bilər"


 

"İran raketləri ABŞ gəmilərini məhv edə bilər"<b style="color:red"></b>

SEPAH komandiri general  Məhəmməd Saleh Cokar Fars körfəzinə yan alan Amerika gəmiləri barədə sərt bəyanatla çıxış edib.

ONA  “Reuters”-ə istinadən xəbər verir ki, iranlı general deyib ki, İranın yaxınmənzilli raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərini məhv edə bilər.

O, həmçinin ABŞ-ın müharibəyə yönəlik addım atmayacağına əmin olduğunu deyib.

Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlarda da İrana məxsus raketlərin tam döyüş hazırlığına gətirilməsi bildirilib. Bu barədə ABŞ-ın yerli mətbuatında bir sıra xəbərlər dərc edilib.

 





18.05.2019    çap et  çap et