525.Az

Əsəd qüvvələri iftar zamanı İdlibə zərbə endirdi, ölən və yaralananlar var


 

Əsəd qüvvələri iftar zamanı İdlibə zərbə endirdi, ölən və yaralananlar var<b style="color:red"></b>

Bu gecə Suriyanın İdlib ərazisinə Bəşər Əsəd rejiminə məxsus qırıcılardan hava zərbələri endirilib.

ONA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, İdlibin Marratinnuman bölgəsindəki Keferruma şəhərinin Keferzincə kəndinə, həmçinin Bıdama şəhərinin Naciyyə kəndinə hücum zamanı 3 mülki şəxs ölüb, 8-i yaralanıb.

Mülki Müdafiə mənbələrindən bildirilib ki, hava hücumları iftar zamanı baş verib.

Qeyd edək ki, aprelin 25-dən bu günədək anoloji hücumlar zamanı ən azı 148 mülki şəxs həyatını itirib, 395-dən çoxu isə yaralanıb.

 





18.05.2019    çap et  çap et