525.Az

Ərdoğan: "Rusiya bizə S-500 komplekslərinin birgə istehsalını təklif edib"


 

Ərdoğan: "Rusiya bizə S-500 komplekslərinin birgə istehsalını təklif edib"<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılmasından sonra Rusiya ilə birgə S-500 zenit-raket komplekslərinin istehsalının mümkün olacağını deyib.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, o belə bir açıqlamanı İstanbulda gənclərlə görüşü zamanı verib.

“S-400 razılaşması bitib. Razılığa əsasən, tədarük iyulda başlamalıdır, bəlkə də daha tez. Rusiya bizə çox yaxşı təklif irəli sürüb. Bundan sonra S-400 kimi S-500 komplekslərinin də birgə şəkildə istehsalı söhbət mövzusudur”, - Ərdoğan belə deyib.

Onun sözlərinə görə, ABŞ da Türkiyəyə 5 ədəd F-35 təyyarəsi verib, onların pilotları hazırda ABŞ-da təlim keçirlər.

Prezident əminliklə vurğulayıb ki, Vaşinqton tərəfi F-35 proqramı çərçivəsində Ankara qarşısında bütün öhdəliklərini yerinə yetirəcək.

 





19.05.2019    çap et  çap et