525.Az

Ədliyyə Akademiyasında hakimlər üçün təlim


 

Ədliyyə Akademiyasında hakimlər üçün təlim <b style="color:red"></b>

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı Nümayəndəliyi (IFC) və İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə “Daşınar əmlakın yüklülüyü” mövzusunda silsilə təlimlər keçirir.

Nazirlikdən verilən məlumata görə, növbəti təlimin açılışında akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, IFC-nin Layihə təmsilçisi Teymur Heybətov və Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvü Əfqan Baxışov çıxış edərək bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd daşınar əmlakın yüklülüyü sahəsində mübahisələrə baxacaq hakimlər tərəfindən yeni qanunvericilikdən və beynəlxalq təcrübədən irəli gələn məsələlərin öyrənilməsi, milli təlimçilərin hazırlanmasıdır.

Birinci instansiya məhkəmələri hakimlərinin cəlb olunduğu təlimdə IFC-nin və palatanın nümayəndələri tərəfindən “Azərbaycanda maliyyə infrastrukturu sahəsində qanunvericilik və institusional islahatların qısa xülasəsi”, “Daşınar əmlakın yüklülüyü ilə tanışlıq”, “Daşınar əmlakın yüklülüyündə üstünlük qaydaları”, “Məhkəmə baxışı”, “Daşınar əmlakın yüklülüyünün yaranması (əqdlərin rəsmiləşdirilməsi)”, “Daşınar əmlakın yüklülüyündə yüklülük predmetinə tutma yönəldilməsi” mövzuları üzrə mühazirələr tədris olunub, dinləyiciləri maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması çərçivəsində orta və kiçik sahibkarların maliyyə çıxışının asanlaşdırılması, daşınar və daşınmaz əmlakın gəlir gətirməsi və girov kimi istifadə edilməsi imkanlarının təhlili, bankların gəlir gətirmə prosesində iştirak edən daşınar əmlaka girov kimi etibarın yüksəldilməsi istiqamətində konkret tədbirlər görülür, qanunvericilik təkmilləşdirilir. Bu məqsədlə 2017-ci il mayın 2-də “Daşınar əmlakın yüklülüyü haqqında” qanun qəbul edilib, 2018-ci ilin mart ayından daşınar əmlakın yüklülüyü haqqında dövlət reyestri fəaliyyətə başlayıb.

CEYHUN

 





20.05.2019    çap et  çap et