525.Az

Akademiya prezidentləri Fizika İnsitutunda - Fotolar


 

Akademiya prezidentləri Fizika İnsitutunda - <b style="color:red">Fotolar </b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərliyi etdiyi nümayəndə heyəti AMEA  Fizika İnstitutuna baş çəkiblər.

Qonaqlar İnstitutda aparılan tədqiqat işləri, xüsusi ilə muasir tədqiqad qurğuları və maddi texniki baza ilə tanış olublar.

İnstitutun direktoru, akademik Nazim Məmmədov İnstitutun fəaliyyəti, spektroskopik ellipsometriya, raman spektroskopiyası, elektron paramaqnit rezonans və digər cihazlar haqqında, burada aparılan tədqiqatlar haqqında, cihazların işləmə funksiyaları haqqında qonaqlara məlumat verib.

 





21.05.2019    çap et  çap et