525.Az

"Diqlas" sökülür


 

"Diqlas" sökülür<b style="color:red"></b>

Bakının Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzində artıq söküntü işlərinə başlanılıb.

Bu barədə Trend-ə Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, artıq üç gündür ki, söküntü işlərinə başlanılıb:

"Həmin ərazidə iş getdiyi üçün təhlükəsizlik baxımından "Diqlas"ın ətrafı hasara alınıb. Hazırda söküntü yerinə bir neçə ağır texnika, ərazidən çıxarılan tullantı materialların daşınması üçün yük avtomobilləri də cəlb olunublar".

İcra Hakimiyyətindən əlavə ediblər ki, "Diqlas" ticarət mərtkəzi ağır metal konstruksiyadan tikildiyi üçün söküntü işləri tez bir zamanda bitməyəcək: "Orada ən azı 1-2 aylıq iş var".

 





22.05.2019    çap et  çap et