525.Az

Ombudsman aparatının nümayəndələri hərbi hissədə olublar


 

Ombudsman aparatının nümayəndələri hərbi hissədə olublar<b style="color:red"></b>

Müdafiə nazirinin və Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) birgə təsdiq etdikləri plana əsasən, “Ombudsmantəsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Ombudsman aparatının Hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Elmin Cəfərov insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

 





22.05.2019    çap et  çap et