525.Az

Türkiyənin müdafiə naziri: "Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır"


 

Türkiyənin müdafiə naziri: "Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır"<b style="color:red"></b>

"Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır".

ONA-nın “Reuters”-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Rusiyadan "S-400" sistemlərinin və ABŞ-dan "F-35" döyüş təyyarələrinin alınması ilə bağlı Vaşinqtonla danışqlarda irəliləyişin olduğunu deyən türkiyəli nazir eyni zamanda ölkəsinin ABŞ-ın mümkün sanksiyalarına da hazır olduğunu bildirib.

Türkiyənin "F-35" layihəsi ilə bağlı bütün öhdəlikləri yerinə yetirdiyini deyən Hulusi Akar Ankaranın bu proqramın planlaşdırılıdığı kimi davam etməsini gözlədiyini vurğulayıb. Nazir bildirib ki, ABŞ-la danışıqlar hələ də davam edir.

Türkiyəli nazir əlavə edib ki, Türkiyə ABŞ-ın "Rayton Co. Patriot" sisteminin satışı ilə bağlı təklifini də dəyərləndirir: "Ankara və Vaşinqton qiymət, texnologiyanın transferi və birgə istehsalla bağlı məsələlər üzərində işləyir".

 





22.05.2019    çap et  çap et