525.Az

Buker mükafatını omanlı yazıçı aldı


 

Buker mükafatını omanlı yazıçı aldı<b style="color:red"></b>

Oman yazıçısı və müəllimi Coxa əl-Harti 2019-cu ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb.

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müsabiqənin münsiflər heyəti Coxa əl-Hartini “Səma cisimləri” (Celestial Bodies) kitabına görə bu mükafata layiq görüb. Əsərdə üç nəsil Oman ailəsindən bəhs edilir.

Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafat hər il təqdim olunur.

Bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.

 





22.05.2019    çap et  çap et