525.Az

Mükafatlar üçün ayrılan məbləğ 5 dəfə artırılıb


 

Mükafatlar üçün ayrılan məbləğ 5 dəfə artırılıb<b style="color:red"></b>

Azərbaycanda 2018-ci ildə mükafatlar üçün xərclənən məbləğ məlum olub.

ONA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Sənədə əsasən, keçən il mükafatlar üçün dövlət büdcəsindən 250 min manat ayrılıb və bu vəsaitin hamısı xərclənib. Bu, 2017-ci ildə mükafatlar üçün ayrılan vəsaitdən 5 dəfə çoxdur. 2017-ci ildə mükafatlar üçün dövlət büdcəsindən 50 min manat ayrılıb.

“2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 





22.05.2019    çap et  çap et