525.Az

Vətəndaşlar hansı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilməzlər?


 

Vətəndaşlar hansı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilməzlər?<b style="color:red"></b>

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində nəzərdə tutulmayan məsələlər məlum olub.

ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsində bildirilib.

Qanun layihəsinin 3-cü maddəsində göstərilib ki, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində  aşağıdakı məsələlər nəzərdə tutula bilməz:

1. Dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;

2. Əmək haqqının məbləği və onun ödənilməsi qaydası;

3. Cinayət və ya inzibati xətalar;

4. Ailə münasibətləri;

5. Ərazi quruluşu və inzibati ərazi bölgüsü;

6. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

7. Seçki və referendum;

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;

9. Amnistiya;

10. Seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

 





23.05.2019    çap et  çap et