525.Az

Nəhəng ayaqqabı istehsalçılarından Trampın məlum qərarına etiraz


 

Nəhəng ayaqqabı istehsalçılarından Trampın məlum qərarına etiraz <b style="color:red"></b>

ABŞ-ın 170-dən çox nəhəng ayaqqabı istehsalçısı və pərakəndə satış mağaza rəhbərləri Prezident Trampın Çindən gələn malların gömrük tariflərinin qaldırılması ilə bağlı qərarına etiraz ediblər.

ONA-nın CNN-ə istinadən verdiyi məlumata görə, iş adamları Trampın onları Çin mallarına qoyulan tariflərdən azad etməyə çağırıb.

Trampa ünvanlanan məktubda qeyd edilib ki, onun təklif etdiyi Çindən idxal edilən ayaqqabılara 25 faiz tarif tətbiqi istehlakçılar, şirkətlər, ümumilikdə ABŞ iqtisadiyyatı üçün fəsadlar yaradacaq.

Qərara etiraz edən şirkətlər arasında “Adidas”, “Nike” və “Under Armour” kimi tanınmış idman ayaqqabı brendləri də daxildir.

Qeyd edək ki, Çin ABŞ bazarının pərakəndə sektorunda ən əhəmiyyətli ölkədir. 2017-ci ilin statistik ticarət məlumatlarına görə, həmin ildə ABŞ-a gətirilən ayaqqabıların 72 faizi Çindən idxal edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ay Çin mənşəli məhsulların gömürük rüsumunun 10 faizdən 25 faizədək artırmaq haqqında qərar vermişdi.

 





23.05.2019    çap et  çap et