525.Az

Valeh Ələsgərov: "Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb"


 

Valeh Ələsgərov: "Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb"<b style="color:red"></b>

"Azərbaycanda 1992-ci illərdə qaz, elektrik yox idi. Heydər ƏliyevAzərbaycan enerjisi təhükəsizliyini, o cümlədən, qida təhlükəsizliyini tam təmin etdi".

Bunu vitse-spiker, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov dünən Milli Məclisdə (MM) keçirilən görüşdə bildirib.

Vitse-spiker deyib ki, Xəzər dənizinin hüquqi statusu müəyyənləşsə də, hələ də məsələ tam həllini tapmayıb:

"1993-1994-cü illərdə xarici şirkətlərin Azərbaycana dəvət edilməsi, sazişlərin imzalanması çox çətin idi. Saziş imzalamaq asan, ancaq bu sazişlərdə xalqın, dövlətin maraqlarını qorumaq çətindir. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. İmzalanma mərasimində şirkətlərlə bərabər, həmin xarici dövlətlərin nazirləri də iştirak edirdilər, onlar da imza atdılar. Sonradan "Əsrin müqaviləsi" parlamentə qanun kimi qəbul edilmək üçün təqdim edildi. Bir çox iqtisadçılar buna qarşı çıxırdılar. Bu saziş parlamentdə qanun kimi qəbul ediləndən sonra artıq bu saziş beynəlxalq sənəd və qanun kimi təsdiqləndi. Bunun əhəmiyyəti nə idi? O dövrdə Xəzərdə mübahisələr davam edirdi. Sənədin beynəlxalq saziş və qanun kimi qəbulu bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu, ilk baxışda xırda addım kimi görünsə də, gələcəyə hesablanmış böyük bir addım idi. Digər tərəfdən, "Əsrin müqaviləsi" Azərbaycanda qanun və normativ aktlardan üstündür. Bu, beynəlxalq investorların əmin bir şəkildə Azərbaycana sərmayə yatırması üçün vacib idi".

V.Ələsgərov həmçinin deyib ki, dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz.

"Heydər Əliyevin iradəsi sayəsində Azərbaycan ən əlverişli şərtlərlə "Əsrin müqaviləsi"ni imzaladı. Xalq öz sərvətlərindən yararlana bilirsə, həmin sərvətinin sahibidir" - deyən V.Ələsgərov bildirib ki, Bakı-Novorssiyks kəməri yox idi, Novorossiyskdən Bakıya gələn kəmər vardı:
 
"1999-cu ilin aprelində Bakı-Supsa kəməri işə düşdü, həmin ilin noyabrında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı sənəd imzalandı. Hətta dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə biz bu gün Qazaxıstan neftini də ixrax edə bilərik".

V.Ələsgərov nəzərə çatdırıb ki, Azərbaycan bu gün dünyada həm də tranzit, nəqliyyat imkanlarını təqdim edən ölkə kimi tanırır:

"Enerji təhlükəsizliyi dedikdə həm də Azərbaycana daxil olan vəsaitlərdən söhbət gedib. Ötən illər ərzində "Əsrin müqaviləsi"ndən mənfəət nefti hesabına Azərbaycana 130-140 milyard dollara yaxın vəsait daxil olub. Bu gün Azərbaycanın enerji cəhətdən - benzin, qaz, elektrik baxımından heç bir problemi yoxdur ".

Kamil HƏMZƏOĞLU

 





25.05.2019    çap et  çap et