525.Az

Bu deputalar məsuliyyətə cəlb ediləcək


 

Bu deputalar məsuliyyətə cəlb ediləcək<b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. Adıçəkilən komitənin sədri Arif Rəhimzadə gündəliyə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil olduğunu deyib.

Komitə sədri bildirib ki, "Milli Məclisi deputatının statusu haqqında" qanunun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsinin yeni redaksiyada verilməsi təklif olunur.

Təklifə əsasən, deputat Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə, habelə parlamentin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna təklif edilən dəyişikliklərin məqsədi isə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun icrasının təmin edilməsindən ibarətdir.

Müzakirələrdən sonra qanun layihələri MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





25.05.2019    çap et  çap et