525.Az

“Taxt oyunları”nın aktyoru serial bitdiyinə görə xəstəxanaya yerləşdirildi


 

“Taxt oyunları”nın aktyoru serial bitdiyinə görə xəstəxanaya yerləşdirildi<b style="color:red"></b>

“Taxt oyunları” serialının aktyoru Kit Harinqton reabilitasiya mərkəzinə yerləşdirilib.

ONA-nın aif.ru-a istinadən verdiyi məlumata görə, serial bitdiyi üçün aktyor stresə düşüb.

Harinqton hazırda klinikada psixoloji müalicə alır. Dostu bildirib ki, aktyor stress və ifrat yorğunluqdan, alkoqoldan müalicə alır.

K.Harinqton “Taxt oyunları” serialında Con Snou rolunda oynayıb. Serialın final seriyası mayın 20-də təqdim olunub. 1,5 milyondan çox insan səkkizinci sezonun yenidən çəkilməsi barədə petisiya imzalayıb.

 





29.05.2019    çap et  çap et