525.Az

AXCP fəalının cəzası azaldıldı


 

AXCP fəalının cəzası azaldıldı <b style="color:red"></b>

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Orxan Baxışlının kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.Hakimlər kollegiyasının qərarına əsasən Orxan Baxışlının cəzası 6 ildən 3 ilə endirilib.

Qeyd edək ki, Orxan Baxışlı ötən il may ayında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234-cü( qanunsuz narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 6 il azadlıqdan məhrum edilib.

 





04.06.2019    çap et  çap et