Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Neftçi” iştirak ərizəsini dünən UEFA-ya göndərib.
Bu haqda Qol.Az-a klubun mətbuat xidmətindən bildirilib. Siyahıda 24 futbolçu yer alıb ki, onlardan da yalnız biri - yarımmüdafiəçi Kamil Nurəhmədovun adı iştirak ərizəsinə əlavə edilib.
Ümumilikdə isə, siyahıda dəyişiklik olmayıb.
Beləliklə, “Neftçi” Avroliqanın qrup yarışlarında aşağıdakı futbolçularla iştirak edəcək:
Qapıçılar: Emil Balayev, Rəşad Əzizov, Saşa Stamenkoviç
Müdafiəçilər: Saşa Yunisoğlu, Tərlan Quliyev, İqor Mitreski, Bruno Bertuççi, Mahir Şükürov, Kərim Diniyev, Elvin Yunuszadə
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Rodriqinyo, Flavinyo, Djulius Vobay, Erik Ramos, Araz Abdullayev, Mirhüseyn Seyidov,
Cavid İmamverdiyev, Kamil Nurəhmədov
Hücumçular: Elşən Abdullayev, Nikolas Kanales, Bahadır Nəsimov, Emin Mehdiyev, İlham Allahverdiyev