525.Az

Yurd sevgisi


 

Yurd sevgisi<b style="color:red"></b>

İlisuensiklopedik məlumat kitabına baxıram. Maraqlı, çox maraqlıdır! İyirmi bölmədən 416 səhifədən ibarət toplu özünün heyrətamiz flora fauna zənginliyi, təbiət mənzərələri, saf sulu sərin bulaqları iqlim təbii yerləşmə şəraiti ilə insanları özünə cəzb edən, 300 illik bir zaman kəsiyində sultanlığın mərkəzi olmuş İlisuya həsr olunub. Burada hadisələr, tarixi faktlar, elm adamları, dövlət ictimai xadimlər, din alimləri, görkəmli sərkərdələr, adamlarıxeyriyyəçilər digər maraqlı şəxsiyyətlər haqqında məlumatlar öz əksini tapıb.

Ümumiyyətlə, topluda şəkillər verilməklə 400 şəxs haqqında məlumat təqdim olunur. 1999-cu ildə Azəbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin İlisu məktəbinə 110 illik yubileyi qazandığı nailiyyətlərlə bağlı ünvanladığı təbrik məktubunun mətninin burada verilməsi maraq doğurur. 16 noyabr 2011-ci ildə Respublika Prezidenti İlham Əliyev cənablarının İlisuda Azərbaycan Meliorasiya Su Təsərrüfatı AS cəmiyyətinin sifarişi bilavasitə cəmiyyətin sədri Əhməd Əhmədzadənin təşəbbüsü rəhbərliyi ilə XVII-XVIII əsrlərə aid Qalaməhlə kompleksinin ətəyində Hamamçay üzərində milli memarlıq ənənələrinə uyğun olaraq yerli mütəxəssislər tərəfindən inşa edilən Sarıbaş kəndinə İlisunun Tovlatala obasına avtomobillərin piyadaların rahat maneəsiz hərəkətini təmin edən körpünün açılışında iştirakı Qax rayonunda inşa edilən İçəribazar-Qala kompleksində digər turizm obyektlərində olması barədə məlumatlar o anları yaşadan şəkillər topluda öz əksini tapıb. Bu bölmədə eramızdan əvvəl I minilliyə aid Saqqızlıq nekropolu, Qafqaz Albaniyasına aid 30 abidənin ən möhtəşəmi Gürmük kilsə V-VII əsrlərə aid Ləkit, Qum şəhəri, Torpaqqala, Minbirsaray yerləri ilə bağlı məlumatlar maraq doğurur. İlisu sultanlarının geneologiyası, XIX əsrin əvvəllərində çəkilmiş xəritələr, bu dövrdə aparılmış əhalinin siyahıyaalınması sənədlərinin, daş kitabələrin şəkilləri mətnlərinin oxunuşu tarixilik baxımından çox əhəmiyyətlidir.

Tərtibçi görkəmli ziyalı, ictimai xadim Sadıq Murtuzayev, redaktoru tanınmış jurnalist-naşir Hacı Mehman Fərzullayevdir.

Baxdıqca çox şeylər yada düşür.

Əllinci illərdə Sadıq Nəbi oğlu Murtuzayev ədəbi-ictimai aləmə gəldi. Ömür boyu nüfuz sfhibi kimi yaşadı, yüksəklərdənyüksəklərə ucaldı.

Əllinci illərin sonlarını xatırlayıram. Sadıq Murtuzayev Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi idi. Raykomun binası mərkəzi meydanın yanında yerləşirdi. Bir tədbir, toplantı olanda onun şaqraq səsi geniş zalın aynalarını titrədir, hər yana yayılır, hər tərəfi bürüyürdü. Elə rəvan, elə şux danışırdı ki, ötüb-keçənlər istər-istəməz ayaq saxlayır, danışmağından asılı olmayaraq, necə danışdığına heyran olur, buradan xoş əhvalla aralanırdılar.

Sadıq Murtuzayev sadəcə raykom katibi, sıravi məmur deyildi. Elə ilk gündən o, əsl ədəbi ictimai səxsiyyət idi. Günlərin birində şair Osman Sarıvəlli ilə dağların qoynunda yerləşən Qas kəndinə gəldi. Bu yerlər ilk dəfə idi ki, canlı şairi görürdü. Sonra Sara Qədimova gəldi. Sonra rəsam Salamzadə Suvagilin dağ lövhələrini yaratdı.

Sadıq Murtuzayev bir azdan Abşerona, Şəkiyə, sonra Ağdama getdi. Hara gedirdisə, özü ilə coşğun bir ab-hava aparırdı. Şəkidə damcı ilə suvarılan bağların əsasını qoydu. Abşeronda batıb getməkdə olan şəxsi bağların bərpası məsələsini həll elədi. Ağdamda işləyərkən dünyada ikinci sayılan çörək muzeyini yaratdı. Gərək ki, Türkmənistandan pambıq yoxlamağa qonaqlar gəlmişdilər. Bizim Qarabağdakı zona müxbirimiz məzuniyyətdə idi. Materialın yazılması mənə həvalə olundu. Getdim, abadlıq, quruculuq sahəsində çox şeyləri gördüm. İllah da ki, səfalı dağın başında yaradılmış Gülablı cənnəti bizi valeh elədi.

Sadıq Murtuzayev yaşın hər çağında əsl el ağsaqqalı kimi tanınırdı. Yüksək intellekt, dəqiq idarəçilik bir adamlarla səmimi, sağlam ünsiyyət onun canına, qanına hopmuşdu. O, sadəcə olaraq öz inzibati borcunu yerinə yetirməklə kifayətlənmir, ədəbi-ictimai həyatın önündə gedirdi. Ətrafda da kimlər olsa yaxşıdır? Əlağa Kürçaylı, Gəray Fəzli, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə... Qələm ki, ömründə əlindən düşmürdü. Hələ gənc yaşlarındaM.F.Axundovun komediyalarının frazeologiyasımövzusunda namizədlik dissertasiyasını müdafiə eləmiş, sonra daMolla Nəsrəddinjurnalının üslub frazeologiyasımövzusunda doktorluq dissertasiyasını hazırlamışdı. Bu arada respublika mərkəzi komitəsinin qərarı çıxdı ki, rəhbər işçilər dissertasiya müdafiə edə bilməzlər. Bu çeşmənin qabağı bax belə alındı. Sadıq müəllimin gərgin zəhmətlə yazıb çapa hazırladığı geniş həcmliAzərbaycan dilinin izahlı frazeoloji lüğətihansısa bir mətbəənin küncündə yatıb qaldı.

Əbəs demirlər ki, quru bulağın çeşməsini heç bir vəchlə bağlamaq olmaz. Sadıq Murtuzayev müxtəlif rayonlarda 31 il birinci katib işlədi. Elə bu 31 il ərzində təkcə idarəetmənin, iqtisadi tərəqqinin, quruculuğun yox, həm şeirin, sənətin, ədəbiyyatın, sözün tam mənasında birincilərindən oldu. Yeganə raykom katibi idi ki, mərkəzi komitəyə büro üzvü seçilmişdi. Altmışıncı illərdə hətta bir ara onu mərkəzi komitəyə ideologiya üzrə katib seçmək istəyirdilər. Büronun qızğın çağında xəbər gəldi ki, Stepanakertdə ara qarışıb, ölən-itən var. Büro yarımçıq qaldı. Qayıdanda isə bədxahlar artıq öz işlərini görmüşdülər.

S.Murtuzayevin rəhbərlik etdiyi rayonlar həmişə iqtisadi tərəqqi sahəsində öndə gedərdi. Hətta bir vaxtlar Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmək üçün Azərbaycan KP MK-nın rəhbərliyi 2 dəfə onun haqqında Moskvaya təqdimat göndərmişdi. Xain-xəbis həmişə pusqudadır. Pozdular bu xoş işi. olsun! Pislik pislərə qaldı. S.Murtuzayev həmişə ucalardan daha uca, öncüllərdən daha öndə olmuş öndədir. Bir an da olsa boş dayanmır. Daim axtarışdadır, oxuyur, tədqiq edir, yazır, yaradır, yenə tikir, qurur, ağac əkib, bağ salır.

Bəxtiyar Vahabzadə deyərdi ki, Sadıq Murtuzayevin istər ictimai həyatdakı, istərsə ədəbi aləmdəki misilsiz işləri gənc nəslə əsl nümunədir. Bunları yazmaq, təbliğ etmək, yaşatmaq lazımdır. Sağ olsun qələm dostumuz Seyran Səxavət, biz Zaqatala bölgəsinin yazarlarının görməli olduqları bir işi o gördü, Sadıq müəllim haqqındaPalıd toxumuadlı dəyərli, çox dəyərli bir əsəri yaradıb oxuculara təqdim etdi.

Sadıq Murtuzayev ömrün müdrik çağında da yazır, yaradır, öz işi, əməli ilə çoxuna nümunə göstərir. İnsan həyatın hər dönəmində bir xoş görməli, bir xatirə yaratmalıdır, 85 yaşlı Sadıq Murtuzayev kimi. “İlisuensiklopedik məlumat kitabı çox geniş, çox dəyərli, çox əhatəli bir əsərdir. Burada sanki bir tədqiqat institutunun görə biləcəyi qədər məlumatlar toplanıb.

Bəlli olduğu kimi, Qax rayonundakı İlisu kəndi Şimal-Qərb bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. Burada üç yüz il fəaliyyət göstərən İlisu sultanlığı Azərbaycan torpağının sərhədlərini daim sədaqətlə qorumuşdur. İlisu özünün təbii mənzərələri, şəfaverici suları ilə yanaşı alimləri, şərq sənətinin rəngarəng yaradıcıları ilə tanınır.

Kitabı vərəqlədikcə bu kəndin övladlarının dünyanın hər yerinə səpələndiklərini, doğma yurdu İlisuya Azərbaycanımıza başucalığı  gətirdiklərinin şahidi oluruq. Onların səsi dünyanın ən məşhur elm mərkəzlərindən gəlir. İlisunun yetirmələri Amerikanın, Almaniyanın universitetlərində, Lomonosov adına Moskva Dövlət Universitetində digər elm ocaqlarında mühüm elmi-tədqiqat sahələrində çalışırlar.

Topluda haqqında məlumatlar verilmiş fövqəladə təxəyyülə malik bir sıra ixtiraların müəllifi, dünyaşöhrətli alim dövlət xadimi, pak insan Saleh Balay oğlu Qocayev, MEA-nın akademikləri Əzəl Cəfər oğlu Sultanov, Ələşrəf Veysəl oğlu Məmmədov, MEA-nın müxbir üzvləri Dəmir Vahid oğlu Hacıyev, Kərim Nəzir oğlu Ramazanov, texnika elmləri doktoru Fikrət Seydəli oğlu Seydəliyev, fizika-riyaziyyat elmləri doktoru Məsud Arif oğlu Əfəndiyev, diplom işi namizədlik kimi təsdiqlənmiş pilotsuz təyyarələrin yerdən idarə olunması nəzəriyyəsinin müəllifi, müdafiədən 5 gün sonra faciəli müəmmalı şəkildə Moskva çayında boğulub həlak olmuş Əkrəm Səlahəddin oğlu Sultanov, 30 ildən artıq bir müddətdə ibtidai siniflər üçünƏlifba”, “Ana dili onlarla digər dərsliklərin müəllifi olmuş pedaqoji elmlər doktoru Yəhya Şəfi oğlu Kərimov, İlisu məktəbinin əsasını qoymuş Azərbaycan dilində ilk dərsliyin – “Vətən yolukitabının müəllifi Harun bəy Sultanov, görkəmli din xadimi Mamay Əfəndi kitabın baş qəhrəmanlarından olan böyük İmam Şeyx Şamilin yaxın silahdaşı, İlisunun sonuncu hakimi general Danyal Sultan digərləri haqqında verilən məlumatlar Azərbaycan tarixinin bir səhifəsidir desəm, səhv etmərəm.

Çox təəssüf ki, indi bu qədim məkanın bəzi sakinləri pərvazlanıb uzaqlara gedir, dünyada tayı-bərabəri olmayan cənnətməkan diyarı tərk edirlər. Kitabın sətiraltı mənası budur ki, gəlin doğma yurdumuzu yetim qoymayaq. Heç təsadüfi deyil ki, elə ilk səhifələrdə bir qrup İlisu ziyalısının məktubu dərc olunub. Ata-baba diyarını, doğma yurd-yuvanı tərk eləməyin! Kitabın məğzi, məqsədi, mahiyyəti elə budur. İlisu adı dillərdə gəzən əvəzsiz bir məkandır. Tarixçi-alim Yaqub Mahmudovun dediyi kimi: “Keçmiş İlisu sultanlığının ərazisi yurdumuzun nadir tarixi xəzinəsidir. Ulu babalardan yadigar qalıb bu xəzinə bizə. Lakin bu müqəddəs əmanətin əsl sahibləri olan bizlər min-min təəssüflər olsun ki, həmin qiymətli xəzinədən lazımınca xəbərdar deyilik. Dərindən araşdırmamışıq bu diyarın tarixini”.

Yüksək təfəkkürlü ziyalı kimi Sadıq Murtuzayev bu sahədə hamıdan öncə çox gərəkli, çox dəyərli bir addım atıb. Ensiklopediyada İlisunun tarixindən, igid sultanların, hünərvər insanların taleyindən, əsrarəngiz təbiətindən söhbət açılır. Dədə Qorqud ləhcəli ilisuluların danışıq tərzindəki səciyyəvi fonetik, morfoloji leksik xüsusiyyətləri səriştə ilə təhlil olunur. İlisu kəndinin ulu abidələri, əlçatmaz dağları, bulaqları, çeşmələri, məbədləri, məscidləri haqqında bir-birindən dəyərli məlumatlar verilir.

Ensiklopediyanı vərəqləyirik. Düşünürsən, İlisu gör kimləri yetirib?! İyirmiyə qədər görkəmli dövlət xadimi, 120-dən çox elm adamı, akademik, elmlər doktorları namizədləri. Əllidən artıq respublika rayon miqyaslı rəhbər kadrlar, qırxdan çox mütəxəssis ziyalı yaradıcı şəxslər, Böyük Vətən müharibəsi Qarabağ veteranları, idmançılar ifaçılar... Yeri gəldikcə Qax-İlisu turizm kompleksi istirahət guşələri haqqında ətraflı məlumat verilir.

Bu kəndin əhalisi tarixən qoyunçuluqla məşğul olduğundan kitabda qoyunçuluğa xüsusi bölwm ayrılıb. Bu ağır çətin peşədə çalışan insanlar haqqında məlumatları oxuduqca adamın ürəyi dağa dönür. Çox da böyük olmayan bu kəndin sən demə vaxtilə 100 min başdan artıq qoyun sürüləri olub. Sahibkarlardan biri kəndin camaatını süd ayranla təmin etmək üçün öz şəxsi hesabına yaylaqdan kəndin ətəyinə qədər saxsı borularla arx çəkdirmiş buradan kəndə ehsan olaraq, bir gün süd, bir gün ayran axıdırmış. Görün necə kişilər olub bu diyarda.

Görkəmli dövlət xadimləri İmam Mustafayevin, Kamran Hüseynovun, bu yerlərin yetirmələri Asiyət Yusifovanın, Hacı Sabir Əfəndiyevin, Yəhya Kərimovun, Rəsul Tahirzadənin başqalarının xatirələri çox mətləblərdən xəbər verir.

Kitabın xalq yaradıcılığı bölməsi ilə tanış olduqda buranın əhalisinin əksəriyyətinin söz adamı olduğunu görürük. Heç yerdə təhsil almamış sinədəftər nənələr, sandıq dolu şeirləri olmuş kişilər yaşamışlar bu diyarda.

İlisu öz zəngin təbiətinə, əsrarəngiz coğrafi mövqeyinə, nəcib xarakterli adamların xasiyyətinə, xoş rəftarına görə çox gəlib-gedəni valeh edir. Xalqımızın görkəmli sənət adamları da öz yaradıcılıqlarında İlisunu vəsf etmişlər. Kitabda Əlağa Kürçaylının, Bəxtiyar Vahabzadənin, Ənvər Nəzərlinin, Molla Cumanın, Məmməd Rahimin başqalarının ürək sözlərinə geniş yer verilib. Əlağa Kürçaylı yazır ki:

İlisu, Beşbulaq, Şamil qalası,

O meşə örtüklü zümrüdü dağlar.

Xatirə guşəsi, yadda qalası,

Saysız lövhələr var, mənzərələr var!..

Əsrlik daşları oynadan selin,

Saldığı naxışlar qayalardadır.

Dağlar qoynundakı o doğma yerlər

Geniş süfrəsində duz da bal dadır.

Bu çox qiymətli nəşr özünün məlumat zənginliyi ilə bərabər bədii tərtibat baxımından çox dolğun məna daşıyıcısıdır. Üz qabığında İlisunun ümumi fonunda- mərkəzdə Prezident İlham Əliyev cənablarının buraya gəlişini əks etdirən fotonun ətrafında qanunauyğun şəkildə bu yerin tarixi keçmişinin, memarlıq abidələrinin yeni tikilmiş körpünün, qalaların, təbiət mənzərələrinin, İlisunun kosmosdan çəkilmiş şəklinin murad anlamı ifadə edən şahə qalxmış at, kötük hissəsinin yuxarısında Azərbaycan gerbi elementinin altında İlisunun sonuncu hakimi Danyal Sultanın gerbinin verilməsi, arxa hissədə bilavasitə bu diyarın faunası, əhalinin məşğuliyyəti, dünəni bugününü özündə əks etdirən nümunələr, məişət əşyaları, bulaqlar, yeni tikilmiş turizm obyektləri s. şəkillərin hər biri müəyyən məna daşıyıcısı kimi kompleks halda bir sənətkarlıq nümunəsi olaraq, bütövlükdə İlisunu ehtivasimvolizə edir. Sadıq müəllimin neçə-neçə kitabı müxtəlif tirajlarla işıq üzü görsə , mən deyərdim ki, onunİlisuməlumat ensiklopedik toplusu doğma kəndinə ən böyük ərməğanıdır.

Sadıq Murtuzayev sağ olsun ki, Əlağa Kürçaylı demişkən duzu da bal dadan İlisuya belə gözəl abidə ucaldıb. Qoy digər regionların sayılıb-seçilən ziyalılarına görk olsun ki, çıraq ölk öncə öz dibinə işıq saçsa yaxşıdır. Gəlin bir qədər obyektiv, ədalətli olaq. Ata-baba ocağı, yurd sevgisi haqqında yeri gəldi-gəlmədi bəlağətlə danışmaqdansa, hər kəs dizini qatlayıb otursun nəsillərə örnək olacaq bir əsər yaratsın- Sadıq  Nəbi oğlu Murtuzayev kimi.


Əhməd
İSAYEV

Əməkdar jurnalist

 





10.10.2012    çap et  çap et