525.Az

İspaniya xarici işlər nazirinin müavini Xocalı abidəsini ziyarət edib


 

İspaniya xarici işlər nazirinin müavini Xocalı abidəsini ziyarət edib<b style="color:red"></b>

Azərbaycana səfəri çərçivəsində İspaniya xarici işlər nazirinin müavini Fernando Martin Valensuela Marso Xocalı abidəsini ziyarət edib.

APA-nın xəbərinə görə, ziyarət zamanı nazir müavininə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı faciəsi barədə məlumat verilib.

Qeyd edək ki, nazir müavini bu gün həmçinin, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

 





13.06.2019    çap et  çap et