525.Az

Son 5 ildə ali məktəblərə qəbul olunanların sayı 20.8 faiz artıb


 

Son 5 ildə ali məktəblərə qəbul olunanların  sayı 20.8 faiz artıb<b style="color:red"></b>

2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12 300-dən 20 500-ə çatdırılıb, ümumi qəbul planının 42 faizini təşkil edib. Ötən il bu göstərici 27 faiz təşkil edirdi.

Ölkədə ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub, bu göstərici ötən il 41 mini ötüb. 

Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib, bakalavriat səviyyəsinə qəbul planı 48 506 nəfərə yüksəlib, yəni 6.4 faiz artıb.

 





14.06.2019    çap et  çap et