525.Az

"Buta Airways" Tbilisiyə uçuşların sayını artırır


 

"Buta Airways" Tbilisiyə uçuşların sayını artırır<b style="color:red"></b>

Azərbaycanın "Buta Airways" aviaşirkəti Tbilisi istiqamətində həyata keçirdiyi müntəzəm uçuşların sayını artırır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, yay fəsli boyunca, iyunun 15-dən sentyabrın 15-dək şirkət Bakı-Tbilisi-Bakı istiqamətində beş reys əlavə edəcək.

Bununla da həmin istiqamətdə həftəlik ümumi uçuşların sayı 19-a çatdırılacaq.

Uçuşların "Embraer E190", "Airbus A319", "Airbus A320" and "Boeing B757" tipli təyyarələrlə həyata keçiriləcəyi bildirilib. Gürcüstanın Mülki Aviasiya Agentliyinin iyunun 13-də uçuşların sayının artırılmasına icazə verdiyi qeyd olunub.

 





15.06.2019    çap et  çap et